Bədii gimnastlar və batutçuların birgə yarışı başa çatıb
Bakı, 17 may, AZƏRTAC
Milli Gimnastika Arenasında bədii gimnastların Azərbaycan çempionatı, batutçuların isə ölkə çempionatı və Bakı birinciliyi çərçivəsində yarışları başa çatıb.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, bədii gimnastika üzrə yarışlarda gənclərin yaş qrupunda ayrı-ayrı alətlər üzrə final mərhələləri keçirilib. Finalda rəqabət gimnastlar İlahə Məmmədova (1-ci yer - top, gürzlər; 2-ci yer - ip, halqa), Zöhrə Ağamirova (1-ci yer - ip, halqa; 2-ci yer - top; 3-cü yer - gürzlər), Veronika Qudis (2-ci yer - gürzlər), Dərya Farşbafşəhriyari (2-ci yer - halqa; 3-cü yer - top) və Darya Sorokina (3-cü yer - ip) arasında gedib.
Qızlarımız İlahə Məmmədova, Veronika Qudis, Zöhrə Ağamirova və Darya Sorokina gənclər üçün bu ilin ən mühüm yarışı olan iyunun 17-19-da İsrailin Holon şəhərində keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatında iştirak edəcəklər.
Batutçuların yarışında kişi gimnastlar 1, qadın gimnastlar isə 4 yaş qrupunda mübarizə aparıblar. Kişilər arasında Hüseyn Abbasov (uşaqlar), qadınlar arasında isə Sviatlana Makştarova (böyüklər), Selcan Maqsudova (yeniyetmələr), Kamilla Rəsulova (uşaqlar) və Violetta Sorokina (kiçiklər) fərqləniblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]