BƏHRƏMTƏPƏ HİDROQOVŞAĞINDA YENİDƏNQURMA İŞLƏRİ DAVAM ETDİRİLİR
İmişli, 7 sentyabr (AZƏRTAC). İmişli rayonu ərazisində Araz çayı üzərində iri suaşırıcı və nizamlayıcı meliorasiya sahəsi olan Bəhrəmtəpə hidroqovşağının yenidən qurulması davam etdirilir. Podratçı təşkilat "Muğan Sənaye Törəmə" Açıq Səhmdar Cəmiyyəti tərəfindən indiyədək layihədə nəzərdə tutulan işlərin 80 faizdən çoxu yerinə yetirilmişdir. Hidroqovşağın əsas dəmir-beton konstruksiyaları təzələnmiş, istinad divarları gücləndirilmişdir. Hidroqovşağın yenidənqurulması ölkənin Muğan və Cənub bölgələrinin 40 min hektaradək əkin sahəsinin suvarma suyu ilə təminatını xeyli yüksəldəcəkdir. Qeyd edək ki, ötən əsrin 60-cı illərində istismara verilmiş bu meliorativ müəssissə indiyədək əsaslı təmir edilməmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]