BELARUSDA YENİ ALİ MƏKTƏB – JURNALİSTİKA İNSTİTUTU AÇILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri Belarus Teleqraf Agentliyinə istinadla xəbər verir ki, Belarus Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsi Jurnalistika İnstitutu statusu almışdır. Yeni qurumun yaradılmasında məqsəd Belarusda jurnalist təhsilinin səmərəsini artırmaq və kütləvi informasiya vasitələrini yüksək ixtisaslı kadrlarla təmin etməkdir.
İnstitutda jurnalistika fakültəsi (ali təhsil alanlar üçün) və jurnalist kadrlarının ixtisasartırma fakültəsi olacaqdır. İnstitutda təhsil təsərrüfat hesabı əsasında təşkil ediləcək, buraya müdavimlər KİV rəhbərlərinin zəmanətləri üzrə göndəriləcəkdir.
Sentyabrın 16-da Belarus Dövlət Universitetinin gələcək jurnalistlər üçün tikilmiş yeni tədris korpusunda multimedia kitabxanasının təntənəli açılışı olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]