BELÇİKALI MƏŞQÇİ BAKIDA USTAD DƏRSLƏRİ KEÇİRƏCƏK
Belçikanın atçılıq idmanı üzrə tanınmış məşqçisi Jan Pol Müsette Gənclər, İdman və Turizm Nazirliyinin və Azərbaycan Atçılıq İdmanı Federasiyasının dəvəti ilə Bakıya gəlmişdir. Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Müsette Azərbaycana dəfələrlə qələbə gətirmiş Camal Rəhimovla birlikdə idmançılar üçün ustad dərsləri keçəcək, “Azərbaycan atçılıq klubunda” (Binə), “Günay” klubunda, “Kriscen biç” istirahət zonasının atçılıq idmanı bazasında görüşlər təşkil edəcəkdir. Belçikalı qonaq Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edərək, ümumilli liderimiz Prezident Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş Azərbaycan övladlarının xatirəsini anacaqdır.
Xatırladaq ki, Jan Pol Müsettenin rəhbərliyi ilə Belçika atsürənləri Atlanta və Barselona Olimpiadalarında mükafata layiq yerlər tutmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]
“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib
- 12.06.2026 [15:23]
NBA-nın final seriyasının oyununda hakim səhvi etiraf olunub
- 12.06.2026 [14:49]