BƏLƏDİYYƏ ÜZVLÜYÜNƏ NAMİZƏDLƏRLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Şəmkir rayonunda bələdiyyə seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasından olan namizədlərlə görüş keçirilmişdir. Görüşdə qeyd edilmişdir ki, rayon üzrə 57 bələdiyyəyə 483 üzv seçilməlidir. Dekabrın 17-də həmin yerlər uğrunda 910 nəfər mübarizə aparacaqdır. Onlardan 608 nəfəri Yeni Azərbaycan Partiyasının üzvüdür. Görüşdə YAP-ın icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, deputat Fəttah Heydərov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Aslan Aslanov və başqaları çıxış edərək, ötən 5 ildə bələdiyyələrin fəaliyyətindən danışmış, seçkilərin şəffaf və demokratik keçməsi üçün qarşıda duran vəzifələri müzakirə etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]