BENİLÜKS AZƏRBAYCANLILARI KONQRESİ MÜKAFAT TƏSİS ETMİŞDİR
Əsas iqamətgahı Niderland Krallığının paytaxtı Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, ölkəmizlə bağlı həqiqətlərin Benilüks ölkələrində və onun hüdudlarından kənarda tanınmasında təsirli fəaliyyət göstərən qurum üçün xüsusi mükafat təsis edilmişdir.
Mükafatın dizayn üzrə eskizləri BAK Gənclər Əlaqələndirmə Şurasının rəhbərlərindən olan İlqar Aslanov tərəfindən hazırlanmışdır. Azərbaycanın gerbini xatırladan səkkizguşəli orden şəklində düzəldilmiş mükafatın üzərində Benilüks ölkələrinin coğrafi xəritəsi təsvir olunmuşdur. Benilüks Azərbaycanlıları Konqresinin adının qısa forması ordenin yuxarı hissəsində yerləşdirilmişdir.
Mükafatın nümunəsini Rotterdam şəhərində çalışan təcrübəli zərgər Mirseyid Cəfərov 20 qramdan artıq sarı və bir neçə qram ağ qızıldan, digər bəzək və zinət məmulatından istifadə etməklə hazırlamışdır.
BAK-ın təsis etdiyi mükafat Azərbaycan həqiqətlərini, mədəniyyət və incəsənətini Avropada və digər ölkələrdə tanıtmaq sahəsində xüsusi xidməti olan Azərbaycanın və dünyanın tanınmış ictimai xadimlərinə, görkəmli siyasətçilərə, tanınmış elm, incəsənət və mədəniyyət işçilərinə veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]