BƏRDƏ RABİTƏÇİLƏRİ İLİ UĞURLA BAŞA VURURLAR
Rayon Telekommunikasiya Qovşağından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hazırda 25 ATS vasitəsilə 11 min 700 abonentə telefon rabitə xidməti göstərilir. 9100 abonent isə elektron tipli stansiyaların xidmətindən istifadə edir. Kəndlərdəki 13 ATS-də yeni dizel generatoru və akkumlyator quraşdırılmış, digər 5 kənddə ümumi tutumu 1280 nömrə olan elektron tipli ATS-lər istifadəyə verilmiş, 5 ATS-in tutumu isə 550 nömrə artmışdır. 24 kənddə ATS binası təmir olunmuş, 8 kənddə isə ATS-lər yeni inşa olunmuş binalara köçürülmüşdür. Rayonda istifadəyə verilmiş müasir tipli abonent şöbəsi və İnternet klub əhaliyə xidmət göstərir. Elektron tipli ATS-ləri olan kəndlərdə də İnternet xidməti təşkil edilmişdir. Rabitə qovşaqlarında kompüter kursları fəaliyyət göstərir. Rayonda telefon çəkilişində növbəlilik ləğv olunmuş, son vaxtlar imkansız vətəndaşlara pulsuz telefon çəkilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]
Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib
- 14.06.2026 [09:29]