Bərdədə Uşaq Birliyi Təşkilatı Rəhbəri və kitabxanaçı vəzifələrinə işə qəbul imtahanı keçirilib
Bərdə, 7 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində Uşaq Birliyi Təşkilatı rəhbəri və kitabxanaçı (kitabxana müdiri) vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahan mərhələsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə şəhər 3 nömrəli tam orta məktəbdə təşkil edilən imtahanda ümumilikdə 304 nəfər namizəd iştirak edib. İmtahanda Uşaq Birliyi Təşkilatı rəhbəri və kitabxanaçı (kitabxana müdiri) vəzifələrinə işə qəbul üzrə namizədlərə 40 test tapşırığının cavablandırılması üçün 60 dəqiqə vaxt verilib. Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov və idarənin əməkdaşları imtahan prosesini izləyiblər.