Berlində neonasistlərin aksiyasında 20-dək iştirakçı saxlanılıb
Berlin, 22 mart, AZƏRTAC
Berlin polisi sağçı ekstremistlərin aksiyasında bir neçə nəfəri həbs edib.
AZƏRTAC “Zeit” qəzetinə istinadla xəbər verir ki, “Hüquq və nizam naminə” şüarı altında təşkil olunan yürüşə təxminən 850 nəfər qatılıb.
Yürüş iştirakçıları ilə onlara etiraz edən yüzlərlə insan arasında qarşıdurmanın qarşısını almaq üçün 1500-dən çox polis əməkdaşı cəlb olunub.
Aksiyanın hələ əvvəlində 20-yə yaxın iştirakçı maskalanma qadağasını pozduğuna görə saxlanılıb. Bundan əlavə, konstitusiyaya zidd simvollar nümayiş etdirən şəxslərə qarşı da tədbirlər görülüb. Qadağan olunmuş “Siegrune” simvolunu göstərən və Hitler salamı verən bir neçə nəfər məhkəmə qarşısına çıxarılıb.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [22:45]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]