Bernar Ferran: Azərbaycanlı əsgərlər fransızlarla çiyin-çiyinə Fransanın azadlığı uğrunda mübarizə aparıblar

Rodez, 20 may, AZƏRTAC
Azərbaycanın Fransadakı səfirliyinin ümumi tariximizin 90 illiyini, xüsusilə də İkinci Dünya müharibəsində Fransanın azadlığı uğrunda həlak olmuş azərbaycanlı əsgərlərin xatirəsini yad etmək münasibətilə irəli sürdüyü bu təşəbbüsünü alqışlayıram. Rodezdə azərbaycanlı əsgərlər Müqavimət Hərəkatına qoşularaq, azadlıq uğrunda mübarizə aparıblar.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Fransanın Aveyron departamentinin ali təhsil və tədqiqatlar üzrə prezidentinin müavini Bernar Ferran Rodezin azadlığı uğrunda mübarizə aparmış azərbaycanlı əsgərlərin xatirəsinin anım mərasimində deyib.
O bildirib ki, azərbaycanlı əsgərlər fransızlarla çiyin-çiyinə, birgə əməkdaşlıq çərçivəsində Fransanın azadlığı uğrunda mübarizə aparıblar: “Emosiya ilə dolu anlardır. Rodezin yerli əhalisinin nümayəndəsi qismində mən də bu anlara qoşuluram”.
Qeyd edək ki, Fransa Müqavimət Hərəkatında iştirak etmiş azərbaycanlı partizanlar İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı mübarizədə mühüm rol oynamış qəhrəmanlar arasında yer alırlar. Nasistlər tərəfindən əsir götürüldükdən sonra Fransaya aparılmış azərbaycanlı əsgərlər Fransa Müqavimət Hərəkatına qoşularaq, azadlıq uğrunda savaşan partizanlar kimi tarixə düşüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2025 [18:26]
Praqada Orta Dəhlizlə bağlı panel təşkil edilib
- 14.06.2025 [14:08]
Hikmət Hacıyev: Avropa İttifaqının nə istədiyi aydın deyil
- 14.06.2025 [13:41]