Beş ayda Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 373,6 milyon dollar olub
Kiyev, 16 iyun, AZƏRTAC
Yanvar-may aylarında Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 373,6 milyon dollar olub.
Ukrayna Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 5 ayda Azərbaycan bu ölkəyə 196 milyon dollarlıq məhsul ixrac edib. Ölkəmizin Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 177,6 milyon dollar olub.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin dəyəri 771,5 milyon dollar olub, bu da pandemiya ilə əlaqədar olaraq 2019-cu illə müqayisədə 36,5 milyon dollar azdır.
Xatırladaq ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:10]
® “DigiTravel” ilə aviabiletləri də indi alıb sonra ödəyin!
- 14.10.2026 [15:21]