BEŞ AYDA ÜMUMİ DAXİLİ MƏHSULUN HƏCMİ 38 FAİZ ARTMIŞDIR
Bu ilin 5 ayı ərzində sənayedə 3,3 milyard manatlıq, kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında 120,8 milyon manatlıq, tikintidə 543,7 milyon manatlıq, nəqliyyatda 342,5 milyon manatlıq, rabitədə 112,0 milyon manatlıq, sosial və digər xidmətlər sahəsində 535,7 milyon manatlıq əlavə dəyər yaranmışdır.
ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi də 36,5 faiz artaraq 702,2 manat və ya 771,8 ABŞ dolları təşkil etmişdir. Hesabat dövründə əhalinin gəlirlərinin nominal həcmi 4 milyard manat olmaqla əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,6 faiz və ya 663,7 milyon manat artmışdır. Bu dövrdə ölkə əhalisinin hər nəfərinə düşən gəlir 18,3 faiz artaraq 485,1 manat təşkil etmişdir. Cari ilin yalnız may ayında ölkənin hər sakininə orta hesabla 95,1 manat gəlir düşmüşdür ki, bu da əvvəlki ilin may ayındakından 16,6 manat çoxdur.