Bəşəriyyət QİÇS-ə qalib gələ biləcəkmi?
Budapeşt, 14 iyul, AZƏRTAC
Siyasi iradə və maliyyə resurslarının olacağı təqdirdə 2030-cu ilədək bütün dünyada QİÇS-ə qalib gəlmək mümkündür. AZƏRTAC xəbər verir ki, bu qənaətə BMT-nin QİÇS-qazanılmış immun çatışmazlığı sindromu ilə mübarizə proqramının (UNAIDS) ekspertləri gəliblər.
2022-ci ildə əvvəlki illərdə olduğu kimi, hər bir dəqiqədə QİÇS-dən ölüm halı qeydə alınırdı. Lakin uğurlu örnəklər, məsələn, Botsvana və Zimbabve nümunəsi göstərir ki, yuxarıda qeyd olunan məqsədə nail olmaq mümkündür. Hər il QİÇS-lə mübarizəyə milli və beynəlxalq mənbələrdən 29 milyon AB, dolları tələb olunur. Amma ötən il bu vəsaitin məbləği cəmi 20,8 milyon dollar olub ki, bu da 2013-cü ilin səviyyəsinə uyğundur. UNAIDS ekspertləri hesab edirlər ki, siyasətçilər dünyada ən ölümcül pandemiya ilə mübarizəyə son qoymaqla öz adlarını əbədiləşdirə bilərlər.
2022-ci ildə dünyada 39 milyon insan QİÇS-ə yoluxub. Bu yaxınlarda isə 1,3 milyon insan bu xəstəliyə düçar olub. Dünyada 9,2 milyon insan, o cümlədən 600 min azyaşlı hələ də bu xəstəlikdən müalicə ala bilmir. QİÇS 630 min nəfərin həyatına son qoyub.
BMT 2030-cu ilə qədər 95-95-95 hədəf göstəricilərini müəyyən edib. Bu, o deməkdir ki, QİÇS-ə yoluxanların hamısının 95 faizi öz xəstəliyi barədə məlumatlıdır, onların 95 faizi həyati əhəmiyyətə malik olan antiretrovirus terapiyası (ART) alır və daha 95 faizdə virus ağırlaşması müəyyən olunmayıb. Virus ağırlaşması sonuncu səviyyədə olanda, o zaman bu insanlar ətrafdakıları yoluxdurmur. Afrikanın beş ölkəsi - Botsvana, Zimbabve, Esvatini, Ruanda, Tanzaniya artıq qoyulmuş hədəflərə nail olub, daha 16 ölkə isə bu istiqamətdə irəliləyir.
Budapeşt