Bəxtiyar Məmmədov: Bakı metrosunda ventilyatorların iş rejimi xüsusi nəzarətdə saxlanılacaq
Bakı, 12 sentyabr, AZƏRTAC
Payız fəslində Bakıda havanın dəyişkən ola biləcəyi nəzərə alınaraq hər gün Bakı metrosunda ventilyatorların iş rejimi xüsusi nəzarətdə saxlanılacaq.
AZƏRTAC xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O qeyd edib ki, isti hava şəraitində keçən günlərin geridə qalması səbəbindən Bakı metrosunda ventilyatorların iş rejiminin payız qrafikinə uyğun qurulmasına başlanılıb.
Onun sözlərinə görə, eyni zamanda, daxildə proqnozlarla bağlı məlumatlara xüsusi diqqət yetiriləcək.
B.Məmmədov bildirib ki, havanın temperaturu yüksəklərsə, metronun ventilyatorlarının stansiya və tunellərdə iş rejiminin dəyişdirilməsi mümkündür. Əlavə edib ki, bu gündəlik monitorinqlər nəticəsində müəyyənləşdiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]