Beyləqanda baş verən qəza zamanı 1 nəfər ölüb, 3 nəfər yaralanıb VİDEO
Beyləqan, 21 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Beyləqanda yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza bu gün saat 12 radələrində Bəhrəmtəpə-Mingəçevir avtomobil yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı Beyləqan rayon Türklər kənd sakini, 1958-ci il təvəllüdlü Aydınov Murad Nupil oğlunun idarə etdiyi 11-BJ-137 dövlət nömrə nişanlı “VAZ-21011” və Beyləqan rayon İkinci Aşıqlı kənd sakini, 1958-ci il təvəllüdlü Ağayev Hidayət Seyidimran oğlunun sükan arxasında olduğu 11-BX-921 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində “VAZ-21011” markalı avtomobilin sürücüsü ölüb, “VAZ-2107” markalı minik maşınının sürücüsü və avtomobildə olan sərnişinlər Beyləqan rayon İkinci Aşıqlı kənd sakinləri Pətiyeva Güləndam Kərim Qızı və Paşayeva Zülfiyyə Kərim qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Beyləqan Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.