Beyləqanda “Xocalı bu günün və gələcəyin harayıdır” mövzusunda kitab sərgisi təşkil olunmuşdur
Beyləqan, 25 fevral (AZƏRTAC). Beyləqan Rayon Mədəniyyət və Turizm şöbəsində Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı “Xocalı bu günün və gələcəyin harayıdır” mövzusunda kitab sərgisi təşkil olunmuşdur.
AZƏRTAC xəbər verir ki, sərgidə erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdikləri qırğından bəhs edən kitablar nümayiş olunmuşdur.
Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Pəhləvi Abdullayev, “Mil” qəzetinin redaktoru Elman İsrafiloğlu, mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Gültəkin Məmmədova və başqaları tədbirdə çıxış edərək, 20 il əvvəl Xocalı şəhərində törədilən qırğının acı nəticələrindən, dinc əhaliyə amansız divan tutulmasından danışmışlar.
Tədbirdə rayon məktəbliləri tərəfindən hazırlanmış “Xocalı faciəsi” ədəbi-bədii kompozisiyası göstərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]