BEYNƏLXALQ AİLƏ GÜNÜNÜN 10-CU İLDÖNÜMÜ QEYD OLUNACAQDIR
Qadın Problemləri üzrə Dövlət Komitəsi (QPDK) sədrinin birinci müavini Dilruba Camalova AZƏRTAC-a bildirmişdir ki, bu məqsədlə rayonlarda, təhsil müəssisələrində keçirilən konfranslarda “Ailə hüquqları”, “Ailə və cəmiyyət”, “Qadın və ailənin cəmiyyətdə rolu”, “Ailə zorakılığı”, “Ailə və sağlam nəsil” və s. mövzularda məruzələr dinlənilmişdir.
Məruzələrdə cəmiyyətin saflaşması və formalaşmasında ailənin rolu barədə məsələlərə toxunulmuş, qadınların, qızların cinayət hərəkətləri törətməsinə, narkotik maddələrin qanunsuz dövriyyəsinə, həmçinin QİÇS xəstəliyinin yayılmasına aid faktlar konfrans iştirakçılarının diqqətinə çatdırılmış və bunların qarşısının alınması üçün tövsiyələr verilmişdir.
Hazırda QPDK-də Avropa Şurası Nazirlər Komitəsinin tədbirlər planına əsasən, Beynəlxalq ailə gününün 10-cu ildönümünün yüksək səviyyədə keçirilməsi üçün hazırlıq işləri görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]