BEYNƏLXALQ HUMANİTAR TƏŞKİLATLAR ÖZBƏKİSTANIN UŞAQ EVLƏRİNƏ VƏ SƏHİYYƏ TƏŞKİLATLARINA YARDIM EDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ABŞ-ın “Amerikers” beynəlxalq humanitar təşkilatının nümayəndələri Özbəkistanın uşaq evlərinə və səhiyyə təşkilatlarına təmənnasız olaraq 500 min dollar dəyərində dərman preparatları, oyuncaqlar və məktəb ləvazimatı təqdim etmişlər. 1992-ci ildən bu günə qədər “Amerikers” təşkilatı Özbəkistana 35 milyon dollar dəyərində təmənnasız yardım etmişdir.
Almaniya Federativ Respublikasının “Fridendorf” beynəlxalq humanitar təşkilatı isə Özbəkistana 4 min avro dəyərində multivitamin gətirmişdir. Bu təşkilat özbək uşaqlarının Avropa ölkələrinin klinikalarında müalicə olunmasına da yardım edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [21:26]
BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib
- 28.09.2026 [21:15]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [19:05]