BEYNƏLXALQ OZON QATININ MÜHAFİZƏSİ GÜNÜNƏ HƏSR OLUNMUŞ VELOSİPED YÜRÜŞÜ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 16-da “Gələcəyə körpü” Gənclər İctimai Birliyi və Azərbaycan Turizm İnstitutunun (ATİ) birgə təşkilatçılığı ilə Bakıda Beynəlxalq Ozon Qatının Mühafizəsi Gününə həsr olunmuş velosiped yürüşü keçirilmişdir.
“Azərbaycanlılar yaşıl yolları sevirlər” layihəsi çərçivəsində keçirilən tədbirin məqsədi ictimayyəti və avtomobil sürücülərini yanacaqla işləyən nəqliyyat vasitələrindən mümkün qədər az istifadəyə sövq etmək, bununla da paytaxtımızın ekoloji cəhətdən təmizliyinə nail olmaqdır.
Yürüşdə iştirak edən ATİ-nin rektoru Cəfər Cəfərov bildirmişdir ki, vətəndaş cəmiyyətinin inkişafında belə layihələrin həyata keçirilməsi çox əhəmiyyətlidir. Rektor bu cür kampaniyanı ictimaiyyətin nəzərinə çatdırmaqla sağlam həyat tərzi keçirmək, həmçinin ətraf mühitin qorunub saxlanması yönündə aparılan təbliğat işlərini dəstəklədiyini vurğulamışdır.
Velosiped yürüşü ATİ-dən start götürüb Qız qalasının qarşısında başa çatmışdır.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]