Beynəlxalq sərgidə Qarabağ və onun turizm potensialı tanıdılıb
Bak, 25 noyabr, AZƏRTAC
Azərbaycan Turizm Bürosu Dubayda keçirilən “Gulf Travel Show” sərgisində iştirak edib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, COVID-19 pandemiyası səbəbilə virtual formatda təşkil olunan sərgiyə Yaxın Şərq, Afrika, Asiya, Avropa və Amerikadan olan 1000-dən çox iştirakçı qatılıb.
Sərgi çərçivəsində ATB əməkdaşları 35-dən çox görüş keçiriblər.
Görüş iştirakçılarına işğalçılardan azad edilmiş Qarabağ bölgəsinin turizm potensialı haqda və müvafiq tədbirlərdən sonra bölgənin yeni turizm destinasiyaları sırasına daxil ediləcəyi barədə məlumat verilib. Onlar Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən şad olduqlarını qeyd edərək tezliklə regionu görmək arzusunda olduqlarını bildiriblər.
Xarici turoperatorlar Azərbaycana böyük maraq göstərdiklərini və səfərlərin təşkilinə davam etmək üçün sərhədlərin açılmasını gözlədiklərini diqqətə çatdırıblar.
Onlar, həmçinin pandemiya dövründən sonra turistlərin gigiyena və sağlamlıq təhlükəsizliyi normaları ilə bağlı gözləntilərinin qarşılanması məqsədini daşıyan “SAHMAN” proqramı haqda da məlumatlandırılıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]
Bakı–Tbilisi qatarının bərpası turizm sektorunu canlandıracaq
- 20.05.2026 [16:38]