Bəzi rayonlara leysan, Şahdağa qar yağıb – FAKTİKİ HAVA
Bakı, 8 iyun, AZƏRTAC
İyunun 8-i saat 11:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib. Yağıntılar bəzi yerlərdə leysan xarakterli olub, şimşək çaxıb.
Düşən yağıntının miqdarı Qubada (Qrız) 16, Qusarda (Laza) 13, Şahdağda 10, Xınalıqda 6, Bakıda və Abşeron yarımadasında 5, Lerik, Şahbuz, Altıağac, Neftçala, Zərdab, Xaltan, Beyləqan, Kürdəmir, Şirvan, Yevlax, Göyçay, Şabran, Qobustan, Xaçmaz, Şəki, Sarıbaş (Qax), Yardımlı, Daşkəsən, Cəbrayıl və Naxçıvanda 1-4 millimetrdir.
Şahdağda arabir qar yağıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Aran rayonlarında 19, Naxçıvan MR-da 17, dağlıq rayonlarda isə 13 dərəcəyədək isti qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 05.06.2026 [19:41]
Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər
- 05.06.2026 [19:25]