Bəzi rayonlarda hava şəraiti qeyri-sabit keçəcək
Bakı, 2 iyun, AZƏRTAC
Azərbaycanda iyunun 4-ü gündüz və 5-dən 9-dək bəzi rayonlarda hava şəraiti qeyri-sabit keçəcək, fasilələrlə yağıntılı olacaq. Ayrı-ayrı bölgələrdə yağıntının leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, xüsusən də Balakən-Şəki, Qazax-Gəncə, Dağlıq Şirvan rayonlarında yağıntılar intensiv və güclü olacaq. Qərb küləyi əsasən dağ və dağətəyi rayonlarda arabir 25-30 metr saniyəyədək güclənəcək.
Gözlənilən leysan xarakterli yağışlarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında isə qısamüddətli sel keçəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:47]
Lerik-Lənkəran sərhədində zəlzələ olub
- 10.08.2026 [16:00]
Bakıda yağış yağacaq
- 10.08.2026 [12:42]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 10.08.2026 [11:57]
Faktiki hava: Bəzi rayonlara leysan yağır
- 09.08.2026 [17:40]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub
- 09.08.2026 [12:46]