Bəzi regionlarda yağıntılı hava müşahidə olunacaqdır
Bakı, 6 yanvar (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, yanvarın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu gecə 3-5, gündüz 8-10 dərəcə təşkil edəcəkdir.
Azərbaycanın regionlarında hava şəraitinin bəzi şimal və şərq rayonlarında yağıntılı, gecə və səhər dumanlı olacağı, şərq küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz müsbət 5-8 dərəcə, dağlarda gecə 4-8 dərəcə şaxta, gündüz 4 dərəcə şaxtadan müsbət 1 dərəcəyədək olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]