Bəzi regionlarda yağmurlu hava gözlənilir
Bakı, 26 yanvar (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, yanvarın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimal olunur.
Arabir güclənən şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcəkdir.
Havanın temperaturu gecə 4-6 dərəcə, gündüz 6-8 dərəcə təşkil edəcəkdir.
Azərbaycanın regionlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, lakin axşam bəzi şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı ehtimal olunur. Şimal-qərb küləyi əsəcəyi, ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan müsbət 4 dərəcəyədək yüksələcək, gündüz müsbət 8-13 dərəcə, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcə isti, gündüz müsbət 5-8 dərəcə olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]