Biləsuvarda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır
Biləsuvar, 20 yanvar (AZƏRTAC). Biləsuvar şəhərindəki “Şəhidlər” abidə kompleksinin önündə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla anılmışdır.
AZƏRTAC xəbər verir ki, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, müharibə veteranları, gənclər və ictimaiyyət nümayəndələri abidə-kompleksinin önünə əklil qoymuş, şəhid məzarları üstünə gül dəstələri düzmüşlər. Şəhidlərin ruhuna dualar oxunmuşdur.
Tədbir rayon mədəniyyət evində davam etmişdir.
Mərasimdə çıxış edənlər 23 il əvvəl rus ordusunun Bakı şəhərində və respublikanın digər rayonlarında törətdiyi qanlı cinayətləri xatırlamış, qanlı 20 Yanvar faciəsinə hüquqi və siyasi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirmişlər.
Tədbir iştirakçıları mədəniyyət evinin foyesində 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən rəsm əsərlərindən ibarət sərgi ilə tanış olmuşlar. Sonra Qanlı Yanvar hadisələrinə həsr olunmuş “Qan yaddaşımız” sənədli filmi nümayiş etdirilmişdir.
Rayonun bədii özfəaliyyət kollektivləri 20 Yanvar hadisələri ilə bağlı ədəbi-bədii kompozisiya göstərmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]