Bir qrup avropalı deputatın faktlara əsaslanmayan mövqeyi təəccüblü və məyusedicidir
Bakı, 17 aprel, AZƏRTAC
Beynəlxalq Avrasiya Mətbuat Fondu aprelin 15-də Avropa Parlamentində qondarma “erməni soyqırımı”na dair qəbul edilmiş qətnamə ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir: “Bu qətnamə beynəlxalq səviyyədə geniş əməkdaşlıq əlaqələrinə malik bir vətəndaş cəmiyyəti təmsilçisi kimi bizdə dərin təəssüf hissi doğurdu. Biz bu sənədi reallıqdan uzaq, qeyri-ciddi və ikili standartların bariz nümunəsi kimi dəyərləndiririk. Əslində, tarixçilərin tədqiqat obyekti olacaq bu məsələyə müəyyən qrup avropalı deputatın faktlara əsaslanmayan bu cür mövqe sərgiləməsi təəccüb və məyusluq hissi doğurur”.
Qeyd edilir ki, Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən Avropa Parlamenti ilə əməkdaşlıq etməyə hazırdır. BAMF avropalı deputatları xalqların tarixi və taleyi ilə bağlı məsələlərdə ədalətli olmağa və həssaslıq nümayiş etdirməyə çağırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [22:50]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [21:53]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]