Bir səhmdar cəmiyyətin səhm paketi və 16 nəqliyyat vasitəsi özəlləşdirilib
Bakı, 30 avqust, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən avqustun 29-da hərrac keçirilib. Hərracda "Anar” ASC-nin 30 faizlik səhm paketi satılıb.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, nəqliyyat vasitələri üzrə keçirilən hərrac rəqabətli olub. Belə ki, lot üzrə təqdim edilən 5 ədəd “Chevrolet Niva” markalı avtomobilin start qiyməti 17 min 400 manat olsa da, ən son təklif 25 min 500 manata yüksəlib. Bununla yanaşı, ilkin qiyməti 3250 manat olan “Mitsubishi Pajero” markalı avtomobil 4550 manata satılıb.
Hərracda özəlləşdirilən əmlakların siyahısı ilə https://clck.ru/33ihWp linki vasitəsilə tanış olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]