Bir sıra rayonlarda meşə fondu torpaqlarının korlanması faktları aşkar olunmuşdur
Bakı, 28 dekabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq və Ətraf Mühitin Mühafizəsi Departamentlərinin əməkdaşları tərəfindən respublika ərazisində torpaq ehtiyatlarının qorunub mühafizə olunması məqsədi ilə növbəti monitorinq-araşdırma aparılmışdır.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı Kür çayının sahilboyu ərazilərində, Sabirabad, Saatlı, Kürdəmir, İmişli, Salyan rayonlarında meşə fondu torpaqlarının korlanması faktları aşkar olunmuşdur.
Müəyyən olunmuşdur ki, torpağın üst münbit qatı məhv edilmiş, ətraf mühitə 7 milyon 832 min 440 manat məbləğində ziyan dəymişdir.
Dəymiş ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülür.
Monitorinq-araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]