BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNDƏ AZƏRBAYCAN DEMOKRATİK RESPUBLİKASININ 90 İLLİK YUBİLEYİ QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasının 90 illik yubileyi münasibətilə tədbir keçirmişdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdə ADR-in tarixi, nailiyyətləri, süqutu və bunun səbəbləri, 1991-ci ildə Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsi haqqında qonaqlara məlumat verilmişdir.
Cəmiyyətin sədri Samir İmanov ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin qorunub saxlanması istiqamətindəki misilsiz xidmətlərindən bəhs etmişdir.
Yubiley tədbirində BƏƏ-dəki Türk İş Adamları Məclisinin sədri Cem Atac çıxış edərək, Azərbaycan və Türkiyə arasındakı dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri barədə danışmışdır.
Mərasimdə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin hazırladığı “Biz 50 milyonluq xalqıq” və “Bir millət - iki dövlət” filmləri nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.07.2026 [20:08]
Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin iştirakçıları Azərbaycana gəliblər
- 27.07.2026 [15:06]
Azərbaycan Beynəlxalq Gənclər Assambleyasında təmsil olunacaq
- 24.07.2026 [15:54]
VIII “Qardaşlaşmış Qarabağ məktəbləri” Yay Düşərgəsi başa çatıb
- 22.06.2026 [23:01]