RƏSMİ XRONİKA
BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN PREZİDENTİ ƏLAHƏZRƏT ŞEYX XƏLİFƏ BİN ZAİD AL NƏHƏYANA
Əlahəzrət,
Ölkənizin milli bayramı - Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaranması günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.
Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirliklərini möhkəm dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Əminəm ki, münasibətlərimizin qorunub saxlanması və hərtərəfli inkişafı üçün bundan sonra da qarşılıqlı səylərimizi davam etdirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 23 noyabr 2009-cu il.