BİRLİK DÖVLƏTLƏRİ BEYNƏLXALQ TERRORİZMLƏ MÜBARİZƏDƏ BİRLƏŞMƏLİDİRLƏR
AZƏRTAC-ın Moskvadakı xüsusi müxbiri xəbər verir ki, Rusiyanın dövlət qurumlarının və ayrı-ayrı ictimai və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirak etdiyi konfransda bütün dünya birliyinin, habelə MDB üzvü olan dövlətlərin bu sahədə daha sıx əməkdaşlığının zəruriliyi vurğulanmışdır.
Rusiya Müdafiə Nazirliyi Baş qərargahının nümayəndəsi Aleksandr Vaxruşevin fikrincə, terrorizmlə səmərəli mübarizə üçün terrorçuların təşkilati strukturlarını zərərsizləşdirmək lazımdır. Baş qərargahın nümayəndəsi postsovet məkanında terrorizmlə mübarizədə ekstremizm ideologiyası ilə fəal mübarizəni əsas vəzifə hesab edir. A.Vaxruşev demişdir: “MDB–də dövlət hakimiyyət orqanlarının əsas səylərini bu istiqamətə yönəltmək lazımdır, Birlik çərçivəsində yaradılmış Antiterror mərkəzi tipli ayrı-ayrı güc qurumları buna hər cür kömək göstərməli, beynəlxalq terrorizmlə səmərəli mübarizə üçün şərait yaradılmalıdır”.
Konfransda belə bir yekdil fikir səslənmişdir ki, terrorçu təşkilatların ekstremizm ideologiyasını həyata keçirməsi bu və ya digər dövlətin təhlükəsizliyi üçün hərbi təhdid yaradır. Bu bəlanın milliyyəti yoxdur və birlik üzvü olan ölkələrin hamısı bu istiqamətdə dövlət səviyyəsində daha sıx əməkdaşlıq etməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]