“BİRLİKDƏ YAŞAMAQ SƏNƏTİ VƏ MÖVLANA” MÖVZUSUNDA MÜSABİQƏ KEÇİRİLİR
Məlum olduğu kimi, YUNESKO anadan olmasının 800 illiyi ilə əlaqədar 2007-ci ili qüdrətli türk mütəfəkkiri və şairi Mövlana Cəlaləddin Rumi ili elan etmişdir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Azərbaycan Yazıçılar Birliyinin və Türkiyənin Konya Böyük Şəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Birlikdə yaşamaq sənəti və Mövlanə” mövzusunda şeir, hekayə, elmi məqalə müsabiqəsi elan olunmuşdur.
Müsabiqənin qalibləri üçün pul mükafatları və qiymətli hədiyyələr nəzərdə tutulmuşdur.
Təşkilat komitəsi bildirir ki, müsabiqə komissiyasının bəyəndiyi əsərlər Konya Böyük Şəhər Bələdiyyəsi tərəfindən kitab kimi nəşr olunacaqdır.
Müsabiqə üçün əsərlər bu il oktyabrın 5-dək təqdim edilməlidir. (Azərbaycan Yazıçılar Birliyi, 2-ci mərtəbə, kadrlar şöbəsi; tel: 493-84-91).
Qaliblərə mükafatlar “Azərbaycanda Mövlana həftəsi”nin açılış günündə - bu il oktyabrın 22-də təqdim olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.05.2026 [17:28]
İstiqlal Muzeyində Qarabağın dirçəlişinə həsr olunan sərgi açılıb
- 15.05.2026 [16:23]
Son üç ildə Azərbaycanda istehsalata gedən filmlərin sayı açıqlanıb
- 15.05.2026 [16:22]
Səməd Vurğunun irsini yaşadan gənc pianoçu Vurğun Vəkilov VİDEO
- 15.05.2026 [16:04]
WUF13 iştirakçıları üçün “Mədəniyyət bələdçisi” hazırlanıb
- 15.05.2026 [15:33]