Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bişkekdə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir

Bakı, 24 fevral, AZƏRTAC

Fevralın 24-də Bişkek şəhərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Azərbaycanın Qırğızıstandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, anım mərasimi başlamadan əvvəl Xocalı soyqırımını özündə əks etdirən foto və kitab sərgisinə baxış keçirilib.

Mərasimin əvvəlində Heydər Əliyev Fondu tərəfindən çəkilmiş Xocalı soyqırımı haqqında “Xocalıya ədalət” adlı sənədli film nümayiş edilib və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Xocalı şəhidlərinin ruhuna “Quranı-Kərim”dən ayələr oxunub və dualar edilib.

Tədbiri açan Azərbaycan Respublikasının Qırğız Respublikasındakı səfiri Hidayət Orucov Xocalı soyqırımının dəhşətlərini, onun ağır nəticələrini, fəlakət nəticəsində xalqımıza vurulan maddi və mənəvi zərərləri barədə həqiqətləri iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla həyata keçirib. Bir çox qurban diri-diri yandırılıb, bəzilərinin başları kəsilib, gözləri çıxarılıb. Hamilə qadınların cəsədlərində zorakılıq izlərinə rast gəlinib və bu insanlar yalnız azərbaycanlı olduqlarına, yalnız Xocalıda yaşadıqlarını görə vəhşicəsinə, qəddarlıqla qətlə yetiriliblər, yalnız Qarabağda yaşadıqlarına görə öldürüldülər. Bu qırğın Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən həyata keçirilən işğalçılıq, etnik təmizləmə və soyqırımı siyasətinin dəhşətli nümunəsidir.

Səfir qeyd edib ki, ümumilikdə 80-ci illərin sonundan 90-cı illərədək 200 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovulub. 1990-cı illərin əvvəllərində Ermənistan suveren Azərbaycan ərazisinin 20 faizini işğal edilib. Bu silahlı təcavüz zamanı erməni tərəfi Dağlıq Qarabağın yerli əhalisinə qarşı soyqırımı törədib. Azərbaycanlılar terrora məruz qalıb, vəhşicəsinə öldürülüb, şikəst edilib, diri-diri yandırılıb və öz dədə-baba yurdlarını məcburi tərk etməyə məcbur edilib. Bu silahlı terror nəticəsində bir milyondan çox Azərbaycan vətəndaşı doğma torpaqlarından qovulub.

Diqqətə çatdırılıb ki, Xocalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra alıb və bundan sonra Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanılıb. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Milli Məclisi fevralın 26-nı Xocalı Soyqırımı Günü elan edib. Bu gün də dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində işlər davam etdirilir. Məlumat verilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hər il silsilə tədbirlər reallaşdırılır. Məhz bu tədbirlərin nəticəsidir ki, artıq Xocalı faciəsinin soyqırımı olması faktını dünyanın bir sıra ölkələri və beynəlxalq təşkilatlar tanıyıb.

H.Orucov söyləyib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu "Dəmir yumruq" əks-hücum əməliyyatı keçirərək 44 gündə ərazilərimizi təxminən 30 il davam edən düşmən işğalından azad etdi. Ali Baş Komandanın dəmir iradəsi və sarsılmaz qətiyyəti, eyni zamanda, xalqın birliyi və şanlı Ordumuzun şəxsi heyətinin cəsarəti sayəsində müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatdı. “Demək olar ki, əksər dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanın işğal olunmuş ərazilərin azad edilməsi üçün haqlı işini dəstəklədilər. Həm də dost Qırğızıstan bəyanat verdi ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Ziyalılar, görkəmli siyasi, dövlət və ictimai xadimlər, Qırğızıstanın müxtəlif siyasi partiyalarının, Qırğızıstan Respublikasının ərazisində yaşayan milli azlıqların nümayəndələri yerli mətbuatda çıxışlarında Azərbaycana dəstək olduqlarını bildirdilər və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dəstək məktubları yazdılar”, - deyə səfir vurğulayıb.

Türkiyə Respublikasının Qırğız Respublikasında səfiri Çingiz Kamil Fırat, Macarıstanın Qırğız Respublikasında səfiri Şandor Doroqi, Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru Alpaslan Ceylan, "Lina" firmasının baş direktoru Qiyas Xəlilov, Azərbaycan-Qırğızıstan dostluq və əməkdaşlıq cəmiyyətinin prezidenti, Əməkdar həkim Akif Alaferdov, “AzVirt Qırğızıstan” şirkətinin direktoru Çingiz Baxişev, Bişkek şəhərinin 44 saylı orta məktəbinin direktoru Flora Xəlilova və Qırğızıstan-Rusiya Slavyan Universiteti İranistika Mərkəzinin direktoru Məlahət Məmmədova Xocalı soyqırımı haqqında fikirlərini, təəssüratlarını bölüşüb, erməni təcavüzü barədə danışıblar. Həmçinin çıxışlarda Xocalı faciəsini törədən cinayətkarlar pislənilib, soyqırımı barədə dünya ölkələrinin məlumatlandırılmasının önəmi qeyd olunub.

Tədbirdə Qırğız Respublikası Hökumətinin müxtəlif strukturlarının təmsilçiləri, fövqəladə və səlahiyyətli səfirlər, ölkədə akkreditə olunmuş diplomatik missiyaların, beynəlxalq qurumlarının təmsilçiləri, ali təhsil ocaqlarının rektorları, Azərbaycan diasporunun üzvləri, ziyalılar, ictimaiyyət nümayəndələri və Qırğızıstanın kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Sonra ehsan verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni strateji sənəd yekun təsdiq mərhələsindədir

Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb

Böyük Qayıdış proqramı Azərbaycanın müasir tarixində həyata keçirilən ən mühüm dövlət layihələrindən biridir - ŞƏRH

Ermənistanda parlament seçkiləri keçirilir

Dünya Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinalda ABŞ ilə qarşılaşacaq

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Dünya birjalarında neft ucuzlaşıb

Türkmənistanda Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans baş tutub

Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

Papa Leo: ABŞ-İsrailin İrana qarşı müharibəsində ədalət kriteriyaları mövcud deyil

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqalə dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aşqabadda Səməd Vurğun sorağı

Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

Azərbaycan nefti 99 dollara satılır

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir

Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib

Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi