Biz öz ekspozisiyamızı ildən-ilə genişləndiririk
Bakı, 5 aprel (AZƏRTAC, Nəriman Həsənov). Biz öz ekspozisiyamızı ildən-ilə genişləndiririk.
Bu sözləri sərginin iştirakçısı, “Faber Chemical&Medicine” şirkətinin rəsmi distributoru, “DRG” şirkətinin direktoru Anar Əliyev AZƏRTAC-a müsahibəsində demişdir.
A.Əliyev bildirmişdir ki, şirkət bu sahədə dünya üzrə aparıcı liderlərdən biri - “Faber Chemical&Medicine” (Türkiyə) konserninin istehsal etdiyi peşəkar kimyəvi məhsulların tam çeşidini təchiz edir. Hazırkı ekspozisiyanın tərkibi əvvəlki sərgi ilə müqayisədə daha zəngindir. Bazarın vəziyyətini nəzərə almaqla yanaşı, biz öz fəaliyyətimizi də əhəmiyyətli dərəcədə genişləndirmiş və istehsal sektorunu əhatə etmişik. Bu dəfə biz stendimizin ziyarətçilərinə peşəkar kimyəvi məhsullar, təmizləyici, yuyucu və dezinfeksiyaedici vasitələr, kağız dəsmallar, süpürgələr, təmizləmə üçün lif süpürgələr, ərzaq emalı ilə məşğul olan müəssisələr və s. üçün dərman vasitələri nümayiş etdiririk. Ötən ilki Beynəlxalq otellər, restoranlar və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi şirkət üçün uğurlu olmuşdur və müştəri bazasının əhəmiyyətli dərəcədə genişləndirilməsinə kömək etmişdir.