“Biz təmiz planetdə yaşamaq istəyirik” adlı layihəsinə yekun vurulmuşdur
Bakı, 10 yanvar (AZƏRTAC). Yanvarın 10-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Uşaq Təşkilatının (ARUT) “Biz təmiz planetdə yaşamaq istəyirik” adlı layihəsinin yekun tədbiri keçirilmişdir.
ARUT sədrinin müavini Roza Fərzəliyeva bildirmişdir ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşmışdır.
Məlumat verilmişdir ki, layihədə 5-8-ci sinif şagirdləri iştirak etmişlər. Nəticədə şagirdlərin ətraf mühitin qorunmasında rolunun artırılmasına nail olunmuşdur.
Tədbirdə diqqətə çatdırılmışdır ki, ölkəmizdə ekoloji vəziyyətin daha yaxşılaşdırılması məhz vətəndaşlardan asılıdır. Buna görə də insanların maarifləndirilməsinə yönəlmiş layihələrin bundan sonra da davam etdiriləcəyi vurğulanmışdır.
Sonda layihə çərçivəsində şagirdlər tərəfindən hazırlanmış səhnəcik nümayiş olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]