BMT-nin xəbər portalı V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazır
Paris, 3 may, AZƏRTAC
BMT-nin “un.orgnews” fransız dilli xəbər portalında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dair “Mədəniyyətlərarası dialoq münaqişələrin və şiddətli ekstremizmin qarşısının alınmasında güclü vasitədir” adlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Forumun “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” mövzusunda təşkil edildiyi bildirilib.
Yazıda “Bakı Prosesi”nin nailiyyətlərindən bəhs olunur. Həmçinin Forumdakı çıxışlara da geniş yer verilir. Bildirilir ki, bu gün dünyada dindən sui-istifadə olunur. Bu cür mənfi təzahürlərə qarşı konkret mübarizə istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyi vurğulanır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris