BOK BOKSU OLİMPİADALARIN PROQRAMINDAN ÇIXARMAQLA HƏDƏLƏYİR
BOK-un fikrincə, görüşlərin hakimliyi sistemi, habelə hakimlərin təyin edilməsi qaydası ən yaxın vaxtlarda dəyişdirilməlidir.
Xatırladaq ki, bir neçə il əvvəl səslərin onlayn rejimində elektron hesablama sistemi tətbiq edilmişdir, lakin döyüşlərin nəticələri bəzən çox mübahisəli olur. Bundan əlavə, AİBA prezidenti Ənvər Çoudrinin fəaliyyəti də artıq çoxdan suallar doğurur.
Keçən yay BOK bu federasiyanın hesabına köçürülməli olan 9 milyon dolları dondurmuşdur. BOK prezidenti Jak Rogge xəbərdarlıq etmişdir ki, islahatlara aydınlıq gətirilməyincə, bu pullar AİBA-nın hesabına köçürülməyəcəkdir. AİBA-nın fəaliyyəti BOK-u yenə razı salmır, buna görə də o, həvəskar boksun yay Olimpiadalarının proqramından çıxarılmasının mümkünlüyü barədə bəyanat vermişdir.
Lakin, çox güman, hər şey Çoudrinin istefası və qaydalara düzəlişlər edilməsi ilə başa çatacaqdır, çünki BOK zəngin tarixi və bütün dünyada milyonlarla pərəstişkarı olan boks barəsində belə sərt sanksiyalara, çətin ki, əl atsın. Bundan əlavə, həvəskar boks Olimpiya oyunlarından çıxarılarsa, tamaşaçı marağı peşəkar boksa tərəf daha çox meyil edəcəkdir. Buna isə AİBA rəhbərliyi heç zaman yol verməyəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:28]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [19:51]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]