Boksçularımız neft hasil edən ölkələr arasında dünya kuboku yarışlarında çıxış edəcəklər
Bakı, 6 noyabr, AZƏRTAC
Noyabrın 22-dən 27-dək Rusiyanın Beloyarski şəhərində məşhur azərbaycanlı geoloq Fərman Salmanovun xatirəsinə həsr olunmuş neft hasil edən ölkələr arasında boks üzrə dünya kuboku yarışları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, builki yarışlar iştirakçı ölkələrin sayına görə rekord həddə çatacaq. Artıq Azərbaycan, Çin, Monqolustan, Polşa, İsveç, Belarus, Qırğızıstan, Tacikistan, Qazaxıstan, Moldova və digər ölkələr öz iştiraklarını təsdiqləyiblər. Bir neçə ölkə ilə hələ danışıqlar aparılır.
Neft hasil edən ölkələr arasında dünya kubokunun keçirildiyi yer daim dəyişir. Son iki ildə Xantı-Mansiysk və Nijnevartovskda təşkil olunan yarışı 2017-ci ildə Beloyarski qəbul edəcək. Bu şəhər adıçəkilən boks kubokuna artıq iki dəfə ev sahibliyi edib.
Şəhərin bələdiyyə başçısı Sergey Manenkov qarşıdakı turnirin kubokun tarixində ən yaxşısı olacağı fikrindədir. Dünya kubokunun ildən-ilə genişlənən coğrafiyası bunu deməyə əsas verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]