Bölgələrdə koronavirusa yoluxmaların azalması ilə bağlı müsbət dinamika var
Bakı, 25 may, AZƏRTAC
Hər zaman olduğu kimi Azərbaycanda COVID-19-a ən çox yoluxma halı Bakı, Sumqayıt şəhərləri və Abşeronda qeydə alınır. 54 faizə yaxın yoluxma paytaxtda müşahidə edilir. Rayonlarda statistika yaxşıdır və yoluxmaların azalması ilə bağlı müsbət dinamika var.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
“Keçən il bu vaxtı cənub bölgəsi və digərlərində çox ciddi yoluxma halları var idi. Hətta lokal qapanmalar belə tətbiq olunurdu. Hazırda pozitiv dinamika var və bölgələrdə yoluxma sayları azalıb.
Paytaxt üzrə isə ən çox yoluxma halları Binəqədi və Xətai rayonlarında müşahidə olunur”, - deyə Y.Qarayeva qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 14.10.2026 [19:03]
ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq
- 14.10.2026 [18:59]
Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO
- 14.10.2026 [17:59]
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub
- 14.10.2026 [17:52]
18 yaşında yazılan şəhidlik dastanı...
- 14.10.2026 [16:58]