Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bölgələrdə Məhsul festivallarına start verilir

Bakı, 20 iyun, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə ölkənin müxtəlif regionlarında Məhsul festivallarına start verilir. İlk dəfə vahid konsepsiya əsasında keçiriləcək bu festivallar 9 iqtisadi rayonu əhatə etməklə, 2025-ci ilin iyun-noyabr ayları ərzində 13 rayonda təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, bunu festivallarla bağlı təşkil edilən mətbuat konfransında mərkəzin direktoru Anar Cəfərov bildirib.

Onun sözlərinə görə, festivalların keçirilməsində əsas məqsəd ölkənin regionlarının aqroturizm potensialının artırılması, yerli kənd təsərrüfatı məhsullarının tanıdılması, fermer və istehsalçıların dəstəklənməsi, məhsullarına ictimai marağın və ixrac imkanlarının genişləndirilməsidir: “Eyni zamanda, bu tədbirlər kənd əhalisinin sosial rifahının yaxşılaşdırılması və bölgələrdə milli-mədəni irsin qorunub yaşadılmasına da töhfə verəcək. Hər festival çərçivəsində bölgəyə məxsus folklor nümunələri, yerli sənətçilərin çıxışları və fermer təsərrüfatlarının məhsulları təqdim olunacaq. Bu da regionların aqrar potensialının və mədəni ənənələrinin geniş auditoriyaya çatdırılmasına şərait yaradacaq”.

Anar Cəfərov deyib ki, son bir ildə Azərbaycanda keçirilmiş Aqrar Biznes Festivallarında ümumi dəyəri təxminən 8 milyon manat olan məhsul satılıb: “Müxtəlif bölgələrlə təşkil olunmuş bu festivalların əsas məqsədi kənd təsərrüfatı məhsullarının istehsalçılarını və onların potensial müştərilərini bir araya gətirmək, əməkdaşlıq imkanları yaratmaqdır. Bu proses artıq praktik nəticə verib, özünü doğruldub. Bütün ölkə üzrə, o cümlədən 14 iqtisadi rayonun hər birində - ümumilikdə 66 Aqrar Biznes Festivalı təşkil edilib. Burada həm kənd təsərrüfatı məhsulları, həm də onların emalı ilə bağlı avadanlıqların satışı həyata keçirilib".

Mərkəzin direktoru vurğulayıb ki, Məhsul festivalları Aqrar Biznes festivalları ilə paralel olaraq keçiriləcək və ölkənin müxtəlif regionlarının kənd təsərrüfatı məhsullarını geniş ictimaiyyətə tanıtmaq məqsədi daşıyır: “Cari ildə Samuxda “II Ərik”, Şəmkirdə “Tərəvəz”, Daşkəsəndə “Kəndli və Fermer”, Kürdəmirdə “Bostan”, Xaçmazda “Şaftalı”, Göygöldə “II Moruq”, Şamaxıda “Üzüm və Şərab”, Masallıda “Çəltik”, Neftçalada “Balıq”, Saatlıda “Pambıq”, Ağstafada “Yerfındığı”, Balakəndə “V Xurma” və Ağdaşda “Heyva” festivalları keçiriləcək. Dövlət-özəl tərəfdaşlığı prinsipi ilə təşkil olunan festivallarda Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları, digər dövlət strukturları, sahibkarlar, bank və kredit təşkilatları, supermarket şəbəkələri və “Aqrar Tədarük və Təchizat” ASC kimi qurumlar fəal iştirak edəcək. Bu isə fermerlərlə təchizatçılar arasında əlaqələrin qurulmasına, yeni texnologiyaların tətbiqinə, məhsul satışının genişlənməsinə və ümumilikdə aqrar sektorun dinamik inkişafına zəmin yaradır. Məhsul festivalları çərçivəsində kənd təsərrüfatının prioritet istiqamətlərinə dair məlumat sessiyaları və “Meyvə-tərəvəz məhsullarının uzun müddətli saxlanılması və soyuq zəncirin tətbiqi” mövzusunda təlimlər də keçiriləcək. İyulun 3-də Şəmkirdə baş tutacaq “Tərəvəz” festivalında sərgi hissəsi ilə yanaşı, istixana sahibləri və fermer təsərrüfatlarının dəstəyi ilə festival ziyarətçiləri üçün piknik zonası yaradılacaq. Burada şəhər sakinləri və qonaqlar üçün xüsusi ayrılmış ərazilər olacaq, piknik mədəniyyəti təbliğ ediləcək və istifadə olunan bütün ərzaq məhsulları məhz həmin bölgənin fermerlərinin təqdim etdiyi yerli məhsullardan ibarət olacaq. Festivallar həm fermerlərin məhsullarını bazara çıxarması və satışından gəlir əldə etməsi, həm də onların zəhmətinin nəticəsini qeyd etməsi üçün bayram atmosferi yaratmaq məqsədi daşıyır. Tədbirlər zamanı bölgəyə məxsus folklor nümunələri, yerli sənətçilərin çıxışları və il ərzində rayonda görülən işlərin təqdimatı da keçiriləcək. Fermerlərin istirahəti və mədəniyyətə cəlb olunması festivalın digər mühüm tərəflərindən biridir”.

Tədbirdə "Caspian Event Organizers" MMC-nin nümayəndəsi Bəhruz Hidayətzadə bildirib ki, gələn il mayın 5-8-də Bakı Ekspo Mərkəzində keçiriləcək “Caspian Agro 2026” sərgisi təkcə məhsul və texnologiyaların nümayişi ilə kifayətlənməyəcək, həm də Məhsul festivalları çərçivəsində toplanan ənənəvi dəyərləri, regionların aqrar və mədəni potensialını, ölkənin kənd təsərrüfatı sektorunun müasir imkanlarını beynəlxalq auditoriyaya təqdim edəcək. Sərgi iştirakçıları və ziyarətçilər ölkənin müxtəlif bölgələrinin nə ilə tanındığını öyrənmək, Azərbaycanın zəngin milli mətbəxi və aqrar sahədəki rəngarəngliyi ilə tanış olmaq imkanı qazanacaqlar”.

Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədr müavini Jalə Əmirbəyova Məhsul festivallarında təqdim olunacaq məhsulların qiymət məsələsinə də aydınlıq gətirib. “İqlim və digər amillər kənd təsərrüfatı məhsullarının qiymətinə təsir göstərir. Məhsul bol olanda qiymət aşağı düşür. Bəzi məhsullar var ki, onların qiymətini dövlət tənzimləyir. Çünki bunlar strateji məhsullardır. Dövlət çalışır ki, bu məhsulların qiyməti sabit qalsın və əhali üçün əlçatan olsun. Məsələn, buğdanı buna misal göstərə bilərik. Digər məhsullarda isə belə bir tənzimləmə yoxdur. Biz çalışırıq ki, çox məhsul əldə edək. Alıcı da istəyir ki, qiymət aşağı olsun. Çalışırıq ki, belə tədbirlər zamanı istehsalçılar məhsullarını sərfəli qiymətə sata bilsinlər", - deyə o bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pakistanın hüquq və ədliyyə nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir

Son 6 ay ərzində 40 bağça direktoru işdən çıxarılıb, 100-dən çoxuna isə töhmət verilib RƏSMİ

ÜMT: Sel və daşqınlar dünyada hər il 5 mindən çox insanın ölümünə səbəb olur

Əbu-Dabidə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü olub YENİLƏNİB VİDEO

Əbu-Dabidə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü olub YENİLƏNİB VİDEO

“Qərbi Azərbaycana qayıdış tarixi və beynəlxalq hüquqi kontekstdə” mövzusunda elmi-praktik dəyirmi masa keçirilib

Prezident İlham Əliyev: Azərbaycan mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verir

Nazir: MİQ imtahanlarında son 5-7 ildə Azərbaycan bölməsində 80 baldan yuxarı nəticə adi hal sayılır

“Sabah”ın keçmiş baş məşqçisi: Azərbaycana gedişim karyeramda yeni mərhələnin başlanğıcı oldu

Naxçıvan Muxtar Respublikasında “e-rüsum” sisteminin tətbiqi ilə bağlı təlim keçirilib

Gənclər Kitabxanasında Xalq yazıçısı Sabir Əhmədlinin xatirəsi yad edilib

Azərbaycanda rus bölmələrinin bağlanması məsələsi gündəmdə deyil RƏSMİ

Ersin Tatar: Şimali Kipr Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır

Emin Əmrullayev: İmtahanda 3 sualın çıxarılması 46 nəfərin göstəricisinə müsbət təsir edib

Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası işə başlayıb

Müəllimlərin təxminən 45 faizi gələn ildən 1000 manat və daha yüksək əməkhaqqı alacaq RƏSMİ

Nazir: Sertifikatlaşdırma prosesində yüksək nəticə göstərən müəllimlərin orta aylıq əməkhaqqı 1320 manatdır

İkili diplom proqramı çərçivəsində Ege Universitetində təhsil alan tələbələrin Məzun günü keçirilib

Baş prokuror Zaqatalada vətəndaşların müraciətlərini dinləyəcək

Nazir: Sertifikatlaşdırma prosesində iştirak edən xarici dil müəllimlərinin 12 faizi uğur qazanıb

“Könüllü DOST” proqramına 800-dən çox şəxs cəlb olunub

Lefkoşada “Türk dünyası ailəmizdir” mövzusunda konfrans keçirilib

Riyaziyyat müəllimləri üçün sertifikatlaşdırmanın nəticələri açıqlanıb RƏSMİ

Avropa Liqası: Bu gün səkkiz oyun keçiriləcək

Cəfər Qarayev: Səfər prosedurlarının sadələşdirilməsi gediş-gəlişin asanlaşmasına və ziyarətçilərin çoxalmasına səbəb olacaq

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 10 faizədək artıb

Emin Əmrullayev: Uğur qazanmayan müəllimlərin əvəzlənməsi dərs yükünə təsir edib

Texas ştatının rəsmiləri ölümcül daşqına qarşı tədbirlərlə bağlı çoxsaylı sualdan yayınır

Nazir: 7318 müəllim sertifikasiya prosesindən uğurla keçə bilmədiyi üçün əmək müqaviləsinə xitam verilib

“Karvan” beş futbolçusu ilə vidalaşıb

İyulun 13-də 34 mindən çox abituriyent imtahan verəcək

2022–2025-ci illər ərzində 80 mindən çox müəllim sertifikatlaşdırma imtahanlarında iştirak edib

Dünya səyyahları Şuşa şəhəri ilə tanış olurlar FOTO

BDYPİ yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Azərbaycanın stolüstü tennisçiləri Avropa çempionatında iştirak edəcəklər

DİN: Ötən gün 13 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Məhəmməd Əfəndiyev. Məktəb anketindən Harvarda qədər: “Mən kiməm?” sualı ilə başlayan yol

Donald Tramp Braziliyaya 50 faizlik rüsumlar tətbiq edir

Azərbaycan və Səudiyyə Ərəbistanı karbohidrogen sektorunda əməkdaşlıq potensialını nəzərdən keçirib

“815” Çağrı Mərkəzinə 70 mindən çox zəng daxil olub

Türkiyənin Ali Məhkəməsinin sədr müavini "ASAN xidmət"də olub

Kiyevə dron və raketlərlə hücum edilib, ölənlər və xəsarət alanlar var VİDEO

Kiyevə dron və raketlərlə hücum edilib, ölənlər və xəsarət alanlar var VİDEO

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Lionel Messi MLS-də rekorda imza atıb

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

Bu gün Xalq yazıçısı Sabir Əhmədlinin doğum günüdür

UEFA Avropa Liqası: “Sabah” bu gün Sloveniya klubunu qəbul edəcək

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

İyulun 10-u Ümumdünya Hüquq Günüdür

ADY və Çin Dəmir Yolları Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin potensialının artırılmasına dair razılığa gəlib

Ağdərədə mina hadisəsi zamanı bir nəfər xəsarət alıb - YENİLƏNİB

SOCAR-ın prezidenti 9-cu OPEC beynəlxalq seminarında iştirak edib

Beynəlxalq səyyahlar Füzuliyə gəliblər VİDEO

Beynəlxalq səyyahlar Füzuliyə gəliblər VİDEO

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb

BMT: Dünyada hər il 12 milyon qız uşağı erkən evliliyə məcbur edilir

İsveçin miqrasiya naziri ifrat sağçılarla əlaqəsi olan qohumuna görə təzyiq altındadır

Aİ gələcək böhranlara hazır olmaq üçün vacib tibbi ləvazimatların ehtiyatını yaratmağı planlaşdırır

Konfutsinin vətənində sivilizasiyalar forumu keçirilir

Avropa Mərkəzi Bankı: İqlim böhranları avrozonada ÜDM-in 5 faizi həcmində ziyan vuracaq

Az miqdarda qəbul edildikdə belə, emal olunmuş qidalar xroniki xəstəlik riskini artırır - ARAŞDIRMA

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinə yeni rəhbər təyin edilib

Vyanada OPEC Beynəlxalq Seminarı çərçivəsində rəsmi ziyafət verilib VİDEO

Vyanada OPEC Beynəlxalq Seminarı çərçivəsində rəsmi ziyafət verilib VİDEO

Klublararası dünya çempionatı: PSJ finalda "Çelsi" ilə qarşılaşacaq

Muxtar Babayev: OPEC ölkələrinin dekarbonizasiya və yaşıl enerji yanaşmaları maraq doğurur

Avropa Komissiyası: Çexiyada korrupsiya cinayətlərinin araşdırılmasındakı problemlər hələ də aradan qaldırılmayıb

UEFA Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri qarşılaşıb

Rusiya Azərbaycandan iki şirkətin süd məhsullarının idxalını qadağan edib

“UTair” aviaşirkətinin Gəncə–Moskva reysi təxirə salınıb

2025-ci ilin ilk yarısında Türkiyədə 18 mindən çox zəlzələ olub

Gürcüstanda İkinci Qarabağ müharibəsindən bəhs edən “İstiqamət Şuşadır” kitabı təqdim edilib

Şuşa Dövlət Musiqili Dram Teatrında “Ümid işığı” tamaşasının premyerası keçirilib

“Zirə” yoxlama matçında Türkiyə klubuna qalib gəlib

Ukraynalı uşaqlardan ibarət növbəti qrup reabilitasiya üçün Azərbaycana yola salınıb

Babək Quliyevə UEFA-dan növbəti təyinat

Çindən Orta Dəhliz vasitəsilə Avropaya daha bir qatar marşrutu açılıb

Qazaxda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 56 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO

Rejissor: “Söz” filminin kadrları birdəfəyə çəkilib VİDEO

Rejissor: “Söz” filminin kadrları birdəfəyə çəkilib VİDEO

Baku TV-nin “Söz” filminin təqdimatı keçirilib VİDEO

Baku TV-nin “Söz” filminin təqdimatı keçirilib VİDEO

Pərviz Şahbazov: Azərbaycan ilk gündən OPEC+ formatında fəal iştirak edir VİDEO

Pərviz Şahbazov: Azərbaycan ilk gündən OPEC+ formatında fəal iştirak edir VİDEO

Baş katib: Azərbaycan effektiv, loyal və etibarlı tərəfdaşdır VİDEO

Baş katib: Azərbaycan effektiv, loyal və etibarlı tərəfdaşdır VİDEO

Volodimir Zelenski Romada italiyalı həmkarı və Papa Leo ilə görüşüb

OPEC-in Baş katibi: AZƏRTAC xəbər agentliyinə media tərəfdaşlığına görə təşəkkür edirəm VİDEO

OPEC-in Baş katibi: AZƏRTAC xəbər agentliyinə media tərəfdaşlığına görə təşəkkür edirəm VİDEO

Almaniya müdafiə xərclərini bir neçə il ərzində iki dəfədən çox artıracaq

Rəşad Nəbiyev “WSIS+20 Yüksək Səviyyəli Tədbir 2025” çərçivəsində nazirlərin dəyirmi masasında iştirak edib

“DOST Müfəttiş” layihəsi çərçivəsində ATİB üzvü olan şirkətlərlə görüş keçirilib

Albert Riera: "Sabah" klubuna hörmət edirik

Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Pərviz Şahbazov Vyanada OPEC, GECF-in Baş katibləri və misirli həmkarı ilə görüşlər keçirib

Diplomatik xidmət orqanlarının rəhbərləri Şuşa şəhəri ilə tanış olublar VİDEO

Diplomatik xidmət orqanlarının rəhbərləri Şuşa şəhəri ilə tanış olublar VİDEO

Azərbaycanda plastik boru kəmərləri sahəsində yeni dövlət standartları qəbul edilib

Almaniyanın Silahlı Qüvvələrin büdcəsi 86 milyard avroya yüksəlib

Sosial xidmət sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Tofiq Bəhramov adına Respublika Stadionu beynəlxalq assosiasiyaya üzv qəbul edilib

Saatlıda “Qərbi Azərbaycan irsi” kitabının təqdimat mərasimi keçirilib

DMA-nın həmtəşkilatçılığı ilə Malayziyada beynəlxalq tədbir keçirilib

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri ÜƏMT-nin Baş Assambleyasında onlayn rejimdə çıxış edib

NİİM moped, motosiklet və skuter sürücülərinə müraciət edib

“Lion”un Fransa Liqa 1-də qalacağı dəqiqləşib

Abşeron rayonunda “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olub

Azərbaycan Prezidenti İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub VİDEO