RƏSMİ XRONİKA
BOSNİYA VƏ HERSEQOVİNANIN RƏYASƏT HEYƏTİNİN SƏDRİ ZATİ-ALİLƏRİ
CƏNAB JELKO KOMŞİÇƏ
Hörmətli cənab Sədr,
Ölkənizin milli bayramı - Bosniya və Herseqovinanın yaranması günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın rifahına xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 16 noyabr 2007-ci il.