Böyük Britaniya və Avropa arasında təhlükəsizlik əlaqələri gücləndirilir
London, 7 may, AZƏRTAC
Britaniya Avropa İttifaqı ilə daha iddialı və uzunmüddətli təhlükəsizlik tərəfdaşlığının qurulması üçün diplomatik səylərini gücləndirir.
AZƏRTAC Böyük Britaniya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, Britaniya xarici işlər naziri Devid Lammi bu gün Polşada keçirilən yüksəksəviyyəli “Gymnich” formatlı Aİ Xarici İşlər Nazirləri görüşündə iştirak edir. Görüş zamanı Ukraynaya dəstəyin davam etdirilməsi, eləcə də Birləşmiş Krallıq və Avropa İttifaqı arasında təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığın dərinləşdirilməsi əsas müzakirə mövzuları olacaq. Tədbirdə D.Lammi təhlükəsizlik və müdafiə sahəsində daha sıx əməkdaşlığın həm Böyük Britaniya, həm də Aİ üçün vacib olduğunu vurğulayacaq. O, həmçinin qitədə ədalətli və davamlı sülhə nail olmaq üçün birgə fəaliyyətin zəruriliyini diqqətə çatdıracaq.
Qeyd edək ki, Londonda mayın 19-da Britaniya-Aİ sammiti keçiriləcək və ikitərəfli münasibətlərin gələcəyi sabit, müsbət və irəliləyişə yönəlmiş əməkdaşlıq çərçivəsində müzakirə olunacaq.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]