BÖYÜK BRİTANİYA VƏ ŞİMALİ İRLANDİYANIN KRALİÇASI ÜLYAHƏZRƏT II ELİZABET İLƏ GÖRÜŞ
London, 14 iyul (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, iyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bukingem sarayında Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası ülyahəzrət II Elizabet ilə görüşmüşlər.
X X X
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Yorq hersoqu şahzadə Endryu ilə birgə nahar etmişlər.
######
