Böyük Britaniyanın ən işlək beynəlxalq hava limanlarından biri uçuşlara iki həftə ara verib
Bakı, 14 iyul, AZƏRTAC
Böyük Britaniyanın ən işlək ikinci beynəlxalq hava limanı olan “Gatwick” hər il yay tətili zamanı xaos yaşayır.
AZƏRTAC “The Independent” agentliyinə istinadla xəbər verir ki, hava limanının rəhbərliyi min nəfərədək işçisinin məzuniyyətə çıxması səbəbindən sərnişinləri xəbərdar edib. Rəhbərlik iki həftə ərzində uçuşlara ara verəcəyini bildirib.
“Gatwick” hava limanından uçuşların ilk mərhələdə iyul ayının 28-dən avqustun 1-nə həyata keçirilməsi planlaşdırılır. İkinci mərhələ isə bundan bir həftə sonra avqustun 4-dən 8-dək olacaq.
Tətil səbəbi ilə “British Airways”, “EasyJet”, “Ryanair”, “Tui” və “Wizz Air” aviaşirkətlərinin də işində fasilələr yaranıb.