Böyük Britaniyanın Uels Aberistvit Universitetinin nümayəndəsi ATİ-də olmuşdur
Bakı, 10 aprel (AZƏRTAC). Böyük Britaniyanın Uels Aberistvit Universitetinin nümayəndəsi Murtza Ali Qaznavi Azərbaycan Turizm İnstitutunda (ATİ) olmuşdur.
ATİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu ali təhsil müəssisəsinin prorektoru Eldar Aslanov və beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları ilə keçirilən görüşdə M.Qaznavi Azərbaycanda böyük turizm potensialından, o cümlədən bu sahə üzrə ixtisaslı kadr hazırlığı işini uğurla yerinə yetirməyə çalışan ATİ-nin fəaliyyətindən xəbərdar olduğunu bildirmişdir. O, Aberistvit Universitetinin 1872-ci ildə yarandığını, əsasən siyasi elmlər istiqamətində kadr hazırlığının hədəflənməsinə baxmayaraq, turizmin marketinqi və menecmenti (bakalavr və magistr səviyyəsində), biznes idarəçiliyi, kompyuter texnologiyası və digər ixtisasların da təhsil proqramında yer aldığını diqqətə çatdırmışdır.
M.Qaznavi iki ali təhsil ocağı arasında Anlaşma Memorandumunun imzalanması prosesinə hazır olduqlarını diqqətə çatdırmışdır.
İmzalanacaq sənəddə əsasən tələbə-müəllim mübadiləsi yer alacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]