Böyük Britaniyaya yerləşdirilən əfqanların şəxsi məlumatları sızdırılıb
London, 16 avqust, AZƏRTAC
Böyük Britaniyaya köçürülən minlərlə əfqan vətəndaşının şəxsi məlumatları Müdafiə Nazirliyinin subpodratçısında baş verən məlumat sızması nəticəsində ifşa olunub.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, London Stensted hava limanında yerüstü xidmətlər göstərən “Inflite The Jet Centre” şirkətində kibertəhlükəsizlik insidenti baş verib. Nəticədə 3700-ə qədər əfqan vətəndaşının adları, pasport məlumatları və “Afghan Relocations and Assistance Policy” (Arap) proqramına dair məlumatlarının sızdırıldığı ehtimal olunur. Hadisə 2022-ci ildə demək olar ki, 19 min nəfərin şəxsi məlumatlarının ifşa olunduğu başqa bir böyük sızmadan cəmi bir ay sonra baş verib.
Böyük Britaniya hökuməti bildirib ki, bu insident heç bir şəxsin təhlükəsizliyinə təhdid yaratmayıb və dövlət sistemlərinin komprometasiya olunmasına səbəb olmayıb. Hazırda məlumatların ictimaiyyətə açıqlanmasına dair sübut yoxdur. Məlumatlara görə, təsirlənən şəxslər 2024-cü ilin yanvar–mart aylarında Britaniya qoşunları ilə işləyənlərin ailələri üçün nəzərdə tutulmuş köçürülmə proqramı çərçivəsində ölkəyə gətirilib. Əfqanların yerləşdirilməsi komandası göndərdikləri elektron məktubda ailələri xəbərdar edib ki, onların şəxsi məlumatları ifşa olunmuş ola bilər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:41]
Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb
- 09.06.2026 [11:31]
Odessa sahillərində 15 ölü delfin aşkarlanıb
- 09.06.2026 [11:26]
Çində avtomobil satışları kəskin azalıb
- 09.06.2026 [11:21]
Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub
- 09.06.2026 [11:04]
İrakli Kobaxidze: Gürcüstan bu gün Azərbaycanla misilsiz əlaqələrə malikdir
- 09.06.2026 [11:04]
Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [20:00]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [19:09]
Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub
- 08.06.2026 [18:43]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:40]