“Böyük Qayıdış” çərçivəsində fəaliyyət göstərən təhsil müəssisələrinin sayı 52-yə çatdırılacaq
Bakı, 11 sentyabr, AZƏRTAC
“Böyük Qayıdış” çərçivəsində işğaldan azad olunmuş ərazilərdə əhalinin məskunlaşması ilə yanaşı, təhsil xidmətlərinin bərpası istiqamətində də işlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bunu təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. O bildirib ki, ötən tədris ilində “Böyük Qayıdış” çərçivəsində Qarabağ və Şərqi Zəngəzur regionlarında fəaliyyət göstərən təhsil müəssisələrinin sayı 37-yə çatdırılıb. Yeni tədris ilindən bu müəssisələrin sayının 52-yə çatdırılması nəzərdə tutulur.
Eşqi Bağırov qeyd edib ki, ölkənin digər ərazilərində də yeni təhsil müəssisələri istifadəyə veriləcək. Yeni tədris ilindən 43 yeni ümumi təhsil müəssisəsinin fəaliyyətə başlaması planlaşdırılır. Həmçinin son aylarda 1000 təhsil müəssisəsində təmir işləri aparılıb ki, bu da 550 minə yaxın şagirdin təhsil mühitinin yaxşılaşdırılmasına imkan verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:34]
ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb
- 30.09.2026 [14:13]
BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur
- 30.09.2026 [13:17]