Böyük və Kiçik Qafqaz çaylarında ongünlük normadan yüksək sululuq müşahidə olunur
Bakı, 7 yanvar (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük və Kiçik Qafqaz çaylarında ongünlük normadan yüksək sululuq (ongünlük normanın 120-260 faizi), Lənkəran-Astara bölgəsi çaylarında isə ongünlük normadan aşağı sululuq (ongünlük normanın 50-70 faizi) müşahidə olunur.
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 112 kubmetr/saniyə (ongünlük normanın 68,7 faizi), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 53 kubmetr/saniyə (ongünlük normanın 75,1 faizi ) təşkil edir.
Hazırda Kür çayının aşağı axınında suyun səviyyəsində kəskin dəyişiklik müşahidə olunmur. Belə ki, Kür çayının Surra məntəqəsində suyun hazırki səviyyəsi 496 santimetr (21 may 2010-cu ildə maksimal səviyyə 955 santimetr), Şirvanda 385 santimetr (18 may 2010-cu ildə maksimal səviyyə 853 santimetr), Bankədə 301 santimetr (18 may 2010-cu ildə maksimal səviyyə 503 santimetr), Salyanda 213 santimetr (18 may 2010-cu ildə maksimal səviyyə 855 santimetr), Araz çayının Novruzlu məntəqəsində isə 266 santimetr (21 may 2010-cu ildə maksimal səviyyə 734 santimetr) təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]