Azərbaycan Dövlət İnformasiya Agentliyi

BQXK baş verən hadisələrə ermənipərəst mövqedən yanaşır – Şərh

BQXK baş verən hadisələrə ermənipərəst mövqedən yanaşır –  Şərh

Bakı, 3 avqust, AZƏRTAC

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) Qarabağdakı qərəzli fəaliyyətləri ilə bağlı açıq məktubla müraciət ediblər.

Mövzunu AZƏRTAC-a şərh edən Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri, sosial fəlsəfə üzrə fəlsəfə doktoru Azər Allahverənov vurğulayıb ki, QHT-lər məktubda Komitənin Qarabağdakı təmsilçilərinin yaratdıqları vəziyyətdən narahat olduqlarını ifadə ediblər. A.Allahverənov Komitənin özünü müstəqil təşkilat hesab etdiyini və tərəflər arasındakı qərəzli münasibətlərdə neytrallığını bir növ bəyan edən humanitar təşkilat olduğunu deyib: “Vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən BQXK-nin prezidenti xanım Mirjana Spoljariç Eqqerə ünvanlanan məktub onların narahatlıq və mövcud vəziyyətlə bağlı narazılıqlarının açıq nümunəsidir. Müraciətdə vurğulandığı kimi Komitə 30 ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərir. Həmin müddət ərzində Komitənin fəaliyyətində müəyyən problemlər yaranıb. Bu problemlərlə bağlı yaranan suallar indiyədək BQXK tərəfindən dolğun şəkildə cavablandırılmayıb. Onlar suallara mövzudan kənar cavabları özündə əks etdirən bəyanatları, press-relizlər ilə insanları aldatmağa çalışıblar. Birinci Qarabağ müharibəsində olduğu kimi hazırda həmin suallar yenidən aktualdır”.

İctimai Şuranın sədri Komitənin məqsəd və vəzifələrinin də humanitar mahiyyət daşımalı olduğunu deyib: “Həmin humanitar mahiyyətə hərbi münaqişələrdən əziyyət çəkən insanların həyatlarını, onların ləyaqətlərini qorumaq, müxtəlif zorakılıq vəziyyətində yaşayan şəxslərə zəruri dəstəyin göstərilməsi kimi məsələlər daxildir. Təəssüf ki, qeyd olunan məqsədlərdən heç biri Komitənin gördükləri işlərdə hiss olunmur. Bir ildən çoxdur ki, Rusiya-Ukrayna arasında gedən müharibə davam edir və BQXK hərbi əməliyyatların getdiyi ərazidədir və Komitənin nizamnaməsinə uyğun davranır. Hər hansı lokal şəkildə müəyyən narazılıqlar həllini tapır. Lakin Azərbaycanla bağlı məsələlər gündəmə gəldikdə biz görürük ki, təşkilatın fəaliyyəti olduqca qərəzlidir. BQXK ölkəmizlə bağlı bütün məsələlərə konfedisiallıq statusu verir və hər hansı formada ört-basdır edir”.

A.Allahverənov hazırda baş verən problemlərin 2000-ci ildə həmin komitənin Xankəndi ofisinin açılışı ilə bənzər olduğunu diqqətə çatdırıb: “Açılışdan dərhal sonra məlum oldu ki, BQXK-nin Xankəndindəki ofisi birbaşa Komitənin İrəvandakı ofisinə tabedir. Həmin proses Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə zidd olan hərəkətdir. Hazırda isə “Humanitar yardım” adı altında BQXK-nin əməkdaşları Laçın yolu üzərindən qaçaqmalçılıqla məşğul olurlar. Aşkarlanan faktlar qadağan olunmuş əşyalar, ləvazimatların daşınmasıdır. Deklarasiya edilmədən, bəyan olunmadan müəyyən malların daşınması olarsa, bu açıq-aşkar qaçaqmalçılıqdır. Digər tərəfdən BQXK-yə məxsus avtomobillər bəzən Xankəndində qeydiyyatı olmayan erməniləri və ya xarici ölkə vətəndaşlarını daşıyırlar. Onlar bütün sərhədlərin və yolların bağlı olduğunu deyir. Lakin Xankəndidə keçirilən mitinqlərdə, nümayişlərdə başqa ölkə vətəndaşlarının iştirakı görünür. Bu zaman sual ortaya çıxır ki, həmin şəxslər hansı yollarla ora daxil olublar?! BQXK-nin nəqliyyat vasitələri ilə nəinki qaçaqmalçılıq edilir, hətta bəzi şəxslər bölgəyə daşınır”.

İctimai Şuranın sədri Komitənin məsələlərə ermənipərəst mövqedən yanaşdığını bildirib: “BQXK-nin əməkdaşlarının əksəriyyəti erməni millətindən olan şəxslərdir və proseslərdə kifayət qədər fəallıq göstərirlər. Azərbaycan taleyi məlum olmayan 4 min vətəndaşı ilə bağlı müxtəlif platformalara, eyni zamanda, Komitəyə müraciət edib. Lakin təəssüflər olsun ki, təşkilat məlum olan 54 nəfərdən sadəcə 17-ni Azərbaycana təhvil verib. Geridə qalan 37 nəfərlə bağlı isə hər hansı informasiya təqdim etməyib. Sonradan tapılan sənədlər, məktublar zamanı BQXK-nin həmin 37 nəfərlə əlaqəsinin olduğu aşkarlanıb. Tapılan məktubların müəyyən zamanlarda təşkilata göndərildiyi məlum olub. Buradan belə nəticə çıxır ki, Komitə həmin şəxslərin sağ olduğunu bilib, lakin Azərbaycan tərəfinə məsələ ilə bağlı açıqlama verməyib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətsizliyi nəticəsində həmin şəxslər işgəncələrə məruz qalaraq qətlə yetirilib”.

A.Allahverənov Komitənin Azərbaycandakı fəaliyyətinin ciddi şəkildə sorğulanmasının, Xankəndində fəaliyyət göstərən ofisin birbaşa Bakıya tabe olmasının vacibliyini də vurğulayıb. O əlavə edib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi bu məsələ ilə bağlı çox ciddi izahat verməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır