Braziliya Ali Məhkəməsi X sosial şəbəkəsinin bloklanmasını təsdiqləyib
Bakı, 3 sentyabr, AZƏRTAC
Braziliya Ali Məhkəməsi ölkə ərazisində X sosial şəbəkəsinin bloklanmasını təsdiqləyib.
AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, məhkəmənin 5 hakimi sosial şəbəkəyə girişin məhdudlaşdırılmasına dair iddianı təmin edib. Qərarda sosial şəbəkənin dezinformasiyaya qarşı ciddi mübarizə aparmadığı göstərilir.
Məhkəmənin qərarı elan olunduqdan qısa müddət sonra icra edilməyə başlayıb. Provayderlər X sosial şəbəkəsinə girişi mərhələli şəkildə məhdudlaşdırmağa başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]
İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb
- 14.10.2026 [15:27]